“Azərbaycanla oyuna çağırıldığımı mənə dostum dedi”
28.09.2012 - 14:22
“Azərbaycanla oyuna çağırıldığımı mənə dostum dedi”
“Fabio Kapellonun adımı Portuqaliya və Azərbaycan yığmaları ilə rəsmi oyunlara açıqladığı siyahıya daxil etdiyini mənə dostum dedi. O, həmin matçlar üçün heyətdə soyadımın olmağı ilə bağlı məni sevindirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının futbolçusu Renat Yanbayev deyib.

Yaxında “Lokomotiv”dən “Zenit”ə keçən cinah müdafiəçisi millisinin Portuqaliya və Azərbaycanla Moskvadakı oyunlara açıqlanan 36 nəfərlik heyətdə yer almağına münasibət bildirib.

Renat oktyabrın 12-də və 16-da keçiriləcək həmin matçlara son heyətə düşmək istəyir: “Başa düşürəm ki, bu, son heyət deyil. Ancaq sevinirəm ki, Kapello məni necəsə fərqləndirdi. Uzun fasilədən sonra yığmaya qayıdıb, oynamaq istəyirəm”.

Qeyd edək ki, Yanbayev millisinin yığmamızla son oyunu olan 2009-cu ilin oktyabrında Bakıda 1:1 hesabı ilə nəticələnən rəsmi matçda əsas heyətdə meydanda çıxıb.