“Komandamız layiq olduğu yerdədir”
28.09.2012 - 14:41
“Simurq” klubunun kapitanı Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın VII turunda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyuna necə hazırlaşırsınız?
- Əvvəlki oyunlara necə, buna da elə. Yəni, həmin tempdə hazırlaşırıq. Təbii ki, rəqibi dəyərləndiririk, məsuliyyətimizi anlayırıq. Bir sözlə, işimizə ciddi yanaşırıq.
- Rəqib düşərgədə ab-hava heç də yaxşı deyil. Bu amil komandanızın qələbə qazanmasında mühüm rol oynaya bilərmi?
- Heç bir oyun asan deyil. Nə olsun ki, AZAL “Qarabağ”ın qapısına 6 top vurub? Rəqibimiz çox güclüdür. Onlar yaxşı top saxlayırlar.
- “Simurq”un bu gün turnir cədvəlinə başçılıq etməsi əksəriyyət üçün gözlənilməzdir...
- Yayda komandaya səviyyəli futbolçular dəvət edilib. Baş məşqçimiz əla mütəxəssisdir. Turnir cədvəlinə baxanda, əməyimizin nəticəsini görürük.
- Birinci pillədə olmağınızı sürpriz hesab etmirsiniz?
- Xeyr, sürpriz deyil. Əksinə, komandamız layiq olduğu yerdədi.
- Ötən mövsümə də iddialı başlamışdınız. Amma sonradan ikinci “altılıq”da mübarizə apardınız. Bu il hansı səhvlər aradan qaldırıldı ki, hazırda lidersiniz?
- Çox ciddi işlər görülüb. Klub rəhbərliyi, baş məşqçi ilk “altılıq” haqda düşünür. Hamımız əlimizdən gələni edirik ki, məqsədə nail olaq.
- Bir qədər də konkretləşdirsək, məqsəd nədir?
- İlk “altılığ”a düşmək. Ondan sonra Avropa Liqasına vəsiqə qazansaq, lap yaxşı olar.
- Avrokuboklara vəsiqə qazanılmayacaqsa, ilk “altılığ”a düşməyin nə mənası var?
- Birinci hədəfimiz budur. Təbii ki, ilk “altılıq”da yer aldıqdan sonra daha böyük hədəflər uğrunda yarışacağıq.
- “İnter”lə oyunlarda bu dəfə hansı nəticələr qeydə alınacaq. Çünki “Simurq” hər dəfə bu komandaya uduzur...
- Kim güclüdürsə, o da qalib gələcək. Ötən il onlara qarşı layiqli mübarizə apardıq. Amma sonda güclü olan tərəf 3 xalı qazandı. Yenə ciddi müqavimət göstərəcəyik.
- Yayda heyətə xeyli sayda yeni futbolçu dəvət edildi. Necə düşünürsüz, onlar potensiallarını aça biliblərmi?
- Potensiallarını açıb-açmadıqlarını deyə bilmərəm. Çünki onların əvvəlki çıxışlarını izləməmişəm. Həm də çempionat yeni başlayıb. Oyundan oyuna meydanda anlaşma daha yaxşı olacaq. Bu da faktdır ki, legionerlərimiz özlərini yaxşı tərəfdən göstərirlər.
- Konkret ad çəkə bilərsiniz?
- “Simurq”da oyun konkret bir nəfərin üzərində qurulmur. Biz kollektiv oyuna üstünlük veririk. Komanda qələbə qazananda da, yeniləndə də bu kollektivin əməyinin nəticəsi kimi dəyərləndirilir. Ona görə də yenilərdən kimlərisə xüsusi olaraq fərqləndirmək istəmirəm.

0
0