“Neftçi” ilə oyunun qiyməti görünməmiş həddə qalxdı
28.09.2012 - 14:53
“Neftçi” ilə oyunun qiyməti görünməmiş həddə qalxdı
Avropa Liqasının qrup mərhələsində keçiriləcək “İnter” – “Neftçi” matçının biletlərinin qiymətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 6-da Milan şəhərindəki “Cüzeppe Meattsa” stadionunda baş tutacaq qarşılaşmaya giriş kifayət qədər baha olacaq.

Oyuna ən bahalı biletlər 230 avrodur. Bu isə “Neftçi” üçün görünməmiş qiymətdir. İtaliya təmsilçisi ilə Bakıdakı oyuna ən bahalı bilet bundan 4,6 dəfə ucuz – cəmi 50 manat olacaq.

Milandakı oyuna isə 230 avroluq biletlərlə yanaşı 120, 100 avro və daha aşağı qiymətə də biletlər olacaq. Birinci yarusda ən ucuz bilet isə 30 avrodur. İkinci yarus üçün isə biletləri 17 avroya da əldə etmək olar.

Qeyd edək ki, “İnter” rəhbərliyi qrup mərhələsinin “Rubin” (Rusiya), “Partizan” (Serbiya) və “Neftçi” ilə oyunların biletlərinin qiymətlərində fərq qoymayıb.