“Azarkeşlərimiz “İnter”lə oyunda çox fərqli “Neftçi” görəcəklər”
28.09.2012 - 15:20
“Azarkeşlərimiz “İnter”lə oyunda çox fərqli “Neftçi” görəcəklər”
“İnter”lə oyun qrupumuzda 2-ci matç olacaq. Həmin oyuna çox ciddi hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin kapitanı Rəşad Sadiqov deyib. Avroliqadakı təmsilçimizin liderlərindən biri oktyabrın 4-də İtaliyanın “İnter” klubu ilə Bakıda oyunla bağlı türkiyəli həmkarlarımıza fikirlərini bölüşüb.

Rəşad Milan klubu ilə oyuna qələbə üçün çıxacaqlarını bildirib: “İnter”i öz meydanımızda yenməyə çalışacağıq. Ümid edirəm ki, bunu bacaracağıq. Azarkeşlərimiz bu matçda çox fərqli bir ”Neftçi” görəcəklər”.

Qeyd edək ki, “Neftçi” qrupda ilk oyunda səfərdə “Partizan”la 0:0 hesablı bərabərliyə qalıb.