Konkov “Neftçi”nin sabiq qapıçısının taleyinə aydınlıq gətirdi
28.09.2012 - 16:23
Konkov “Neftçi”nin sabiq qapıçısının taleyinə aydınlıq gətirdi
Bakının “İnter” klubunun sabiq baş məşqçisi Anatoli Konkov Azərbaycan futbol məktəbinin yetirməsi olan soydaşımız Yuri Romenskinin taleyinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, 70-ci illərdə “Neftçi”nin oynamış qapıçı Ukrayna yığmasının baş məşqçisi Oleq Bloxinin köməkçilərindən biri idi.

Bloxinin istefa verərək, Kiyev “Dinamo”sunun “sükanı arxası”na keçməyindən sonra onunla birgə qapıçılarla işləyən məşqçi Romenski ilə Andrey Balın da getdiyi ilə bağlı informasiya yer alıb.

Ancaq yaxında Ukrayna Futbol Federasiyasının prezidenti olan, 2004-06-cı illərdə “İnter”i çalışdırmış Konkov bu informasiyanın həqiqətəuyğun olmadığını bildirib: “Biz onlardan heç bir müraciət almamışıq. Buna görə də Romenski ilə Bal bugünkü gündə milli komandanın məşqçiləri olaraq qalırlar. Əgər nəsə dəyişsə, biz bu haqda mütləq məlumat verəcəyik”.

Qeyd edək ki, avqustun 1-də 60 illik yubileyini qeyd edən Romenski Mingəçevirdə anadan olub və 1978-ci ildə Odessaya köçərək, orada yaşayır.