Kamal Alispahiç “Rəvan”da çalışmasına aydınlıq gətirdi
28.09.2012 - 17:17
“Rəvan” klubuna keçidim Tacikistan Futbol Federasiyası ilə qarşılıqlı razılıq əsasında həll olundu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tacikistan millisinin və Bakının “Rəvan” klubunun baş məşqçisi Kamal Alispahiç deyib.
Bosniya və herseqovinalı mütəxəssis Asiya təmsilçisində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan təmsilçisi ilə müqavilə imzalamasına münasibət bildirib: “Gələn ilin may ayına kimi Tacikistan yığması heç bir oyun keçirməyəcək. Bunu nəzərə alan federasiya həmin vaxta kimi başqa klubda da işləməyimə icazə verdi. Azərbaycanla bağlı isə orada çalışdığım vaxtdan yaxşı xatirələrim qalmışdı. Bu üzdən yeni təklifi qəbul etdim”.

0
0