“Kəpəz” son pilləni “Xəzər Lənkəran”a verdi
30.09.2012 - 20:50
“Kəpəz” son pilləni “Xəzər Lənkəran”a verdi
Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, bu gün daha iki qarşılaşma baş tutub.

Sumqayıtın eyniadlı komandası öz meydanında "Bakı"nı qəbul edib. Ötən turda "Neftçi"ni 3:2 hesabı ilə məğlub edən "Sumqayıt" həmin uğurun davamını gətirməyi bacarıb. Onlar bu dəfə "Bakı"nı əliboş yola salıb. Bu, patyaxt təmsilçisinin cari çempionatda ilk yenilgisi olub. "Sumqayıt" isə bu qələbə sayəsində turnir cədvəlində dördüncü pilləyə yüksəlib.

Günün son qarşılaşması isə Bakıda baş tutub. "Rəvan" Premyer Liqanın autsayderi "Kəpəz"lə qarşılaşıb. "Rəvan" qələbə qazanacağı təqdirdə turnir cədvəlindəki mövqeyini bir qədər yaxşılaşdıra bilərdi. Lakin bu oyunda 3 xalı qazanan qonaqlar olub. Rəqibini 2:1 hesabıyla məğlub edən Gəncə təmsilçisi sonuncu pillədən qurtulub.

Qeyd edək ki, bu turun "İnter" - "Neftçi" görüşü U-17 qızlar arasında Azərbaycanda keçirilən dünya çempionatının oyunları səbəbindən təxirə salınıb.

29 sentyabr

“Simurq” – “Qarabağ” - 0:0
Hakimlər:
Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, İnqilab Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

“Simurq”: 22. David Pietrzkieviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 8. Qərib İbrahimov, 9. Marçin Burxardt, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç

Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov, 24. Mehman Məmmədov, 79. Nenad Stoyanoviç
Baş məşqçi: Georgi Çixradze

“Qarabağ”: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 9. Tural İsgəndərov, 18. İlqar Qurbanov , 33. Mostafa Mohamed, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov
Baş məşqçi: Qurban Qurbanov


“Turan” – “Xəzər Lənkəran” - 2:1
QOLLAR: Salif Ballo, 56, 59 - Sadio Tounkara, 45
Qırmızı vərəqələr: Ruslan Abışov, 20, Elnur Allahverdiyev, 77
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Tovuz. Şəhər stadionu

“Turan”: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 17. Fərmayıl Əliyev, 26. Aleksandr Krutskeviç, 13. Marius Kazlauskas, 24. Ruslan Zubkov, 21. Antonio Rukavina (k), 11. Qoqi Pipiya, 23. İrakli Beraya, 14. Ender Günlü, 5. Fərid Quliyev

Ehtiyat oyunçular: 1. İvan Qarbovaç, 22. Salif Ballo, 16. Elmixan Məmmədov, 19. Asəf Qədiri, 18. Seymur Tağıyev, 7. Azər Məmmədov, 25. Nuqzar Kvirtiya
Baş məşqçi: Əsgər Abdullayev

“Xəzər Lənkəran”: 85. Kamal Bayramov, 7. Sadio Tounkara, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 17. Kazım Kazımlı, 99. Beto

Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 6. Robert Alviz, 4. Akif Tağıyev, 42. Kamran Abdullazadə, 3. Vanderson Skarduelli, 11. Dimitrios Sialmas, 10. Elnur Abdullayev
Baş məşqçi: Yunis Hüseynov


“Qəbələ” – AZAL - 0:0
Hakimlər:
Fariz Yusifov, Namiq Hüseynov, Elşən Acalov, Orxan Məmmədov
Qəbələ. Şəhər stadionu

“Qəbələ: 30. Anar Nəzirov, 6. Brunu da Silva, 9. Viktor Mensi, 10. Dodo, 11. Yannik Kamanan, 15. Omar Kalabane, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev (k), 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev, 34. Ürfan Abbasov
Baş məşqçi: Ramiz Məmmədov

AZAL: 1. Cahangir Həsənzadə (k), Juan Fransisku, 3. Usim Nduka, 4. Joze Junior Aylton, 6. Tagim Novruzov, 8. Elman Taqayev, 11. Zohair Benoiahi, 16. Junior Nildo, 20. Bronislav Arsenyeviç, 22. Ruslan Tağızadə
Baş məşqçi: Vaqif Sadıqov

30 sentyabr

“Sumqayıt” – “Bakı” - 1:0
QOL: Pərdis Fərcad Azad , 38
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İlham Əliyev, Elçin Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

“Rəvan” – “Kəpəz” - 1:2
QOLLAR: Varela, 40 - Yuri Fomenko, 27; Bəxtiyar Soltanov, 44
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Azər Əsgərov, Ramil Əhmədov
Bakı. “Bayıl-Arena” stadionu

1
Simurq
7
4
3
0
10-2
15
2
AZAL
6
3
3
0
13-5
12
3
Qarabağ
7
3
3
1
11-8
12
4
Sumqayıt
7
3
1
3
9-15
10
5
İnter
6
2
3
1
5-4
9
6
Qəbələ
7
2
2
3
7-9
8
7
Turan
7
2
1
4
7-11
7
8
Neftçi
4
2
0
2
7-5
6
9
Kəpəz
7
2
0
5
6-14
6
10
Bakı
5
1
3
1
5-4
6
11
Rəvan
7
1
3
3
7-10
6
12
Xəzər L
6
1
2
3
7-7
5

Bombardirlər: Junior Nildo (AZAL) – 7, Zohair Benouahi (AZAL), Riçard Almeyda (“Qarabağ”) – hər ikisi 4.