Mahmud Qurbanov: Heyəti qurmağa çətinlik çəkirdim
30.09.2012 - 21:40
Mahmud Qurbanov: Heyəti qurmağa çətinlik çəkirdim
“Oyundan öncə itkilərimiz var idi. Əsas heyətdən qapıçı Radoş zədəli, Emin İmaməliyev isə cəzalı idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.
Gəncə təmsilçisi Topaz Premyer Liqasının VII turunda səfərdə “Rəvan”ı məğlub etdi. 2:1 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında Qurbanov deyib ki, heyəti qurmağa çətinlik çəkirmiş: “Komandanın oyun boyu göstərdiyi mübarizədən razı qaldım. Klub prezidenti də komandanı qələbə münasibəti ilə təbrik etdi. Bu gün 3 xal qazanıb turnir cədvəlinin son pilləsindən qurtulduq. Artıq “Qarabağ”la oyuna hazırlaşmalıyıq”.
pfl.az