“Xəzər Lənkəran”a 100-cü zərbə
30.09.2012 - 23:09
“Xəzər Lənkəran”a 100-cü zərbə
Topaz Premyer Liqasının VII turunda ötən mövsüm “Xəzər Lənkəran”ın heyətində “ağ-yaşıl” formada meydana çıxan Salif Ballo bu dəfə də yaşıl geyimdə olsa da, ancaq cənublulara qarşı oynadı. Apasport.az saytının xəbərinə görə, qarşılaşmanın qəhrəmanı olan Ballo dubl edərək, "Turan"a çətin qələbə qazandırdı.

Həmin oyunda Ballonun vurduğu 2-ci qol, həm də lənkəranlıların səfərdə qapısına vurulan 100-cü qol oldu.

Bundan başqa, Yaşar Abuzərov 50-ci dəfə “Qəbələ”nin formasını geyindisə, Emin Cəfərquliyevlə ("Sumqayıt") Tofiq Mikayılov ("Rəvan") Premyer Liqada 50-ci oyunlarını keçirdilər.