“Neftçi”nin rəqibindən 4 cavabsız qol
30.09.2012 - 23:33
“Neftçi”nin rəqibindən 4 cavabsız qol
Rusiya çempionatında X turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, Avropa Liqasında “Neftçi”nin rəqibi olan “Rubin” Rostova səfər edib.

Eyniadlı komandanın qonağı olan Kazan təmsilçisi böyük hesablı qələbə qazanıb – 4:0. Qolları Rondon, (17; 31), Bokketi (81) və Dyudyun vurub (90+4).

Bu qələbədən sonra "Rubin" 18 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.