“İnter” Bakıya yüksək əhval-ruhiyyədə gəlir
01.10.2012 - 00:49
“İnter” Bakıya yüksək əhval-ruhiyyədə gəlir
İtaliya çempionatında VI turun oyunlarına yekun vurulub. Apasport.az saytının xəbərinə görə, “Neftçi” klubunun avroliqadakı rəqibi olan “İnter” öz meydanında “Fiorentina”nı qəbul edib.

Qarşılaşma Milan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Hesabı 17-ci dəqiqədə penalti zərbəsindən Milito açıb. 17 dəqiqə sonra Kassano fərqi ikiyə çatdırıb. Florensiyalılar buraxdıqları bu qollardan yalnız birinini əvəzini çıxıb ki, ilk yarının başa çatmasına 5 dəqiqə qalmış Romulo fərqlənib.

“Parma” – “Milan” – 1:1
“Yuventus” – “Roma” – 4:1
“Udineze” – “Cenoa” – 0:0
“Atalanta” – “Torino” – 1:5
“Bolonya” – “Katanya” – 4:0
“Kalyari” – “Peskara” – 1:2
“Latsio” – “Siena” – 2:1
“Palermo” – “Kyevo” – 4:1
“Sampdoriya” – Napoli” – 0:1
“İnter” – “Fiorentina” – 2:1

Bu qələbədən sonra hesabında xalların sayını 12-yə çatdıran “İnter” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Xatırladaq ki, “İnter” oktyabrın 3-də Bakıya gələcək. Bir gün sonra isə “neradzura” avroliqanın II turunda “Neftçi” ilə qarşılaşacaq.