Ronaldonun 17-ci het-triki
01.10.2012 - 08:15
Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo karyerasında 17-ci dəfə het-trik edib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu İspaniya çempionatının hesabat turunda “Santyaqu Bernabeu” stadionunda “Deportivo”ya 5:1 hesabı ilə qalib gəldikləri oyunda 3 qol vurub.
Özü də Ronaldo bunun 16-nı 3-cü mövsümdür oynadığı “Real”da edib. Ronaldo bunadək çıxış etdiyi “Mançester Yunayted”də cəmi 1 het-trik edib. Portuqaliya yığmasının kapitanı cari mövsümdə 6 oyunda 6 qol vurub.

0
0