Bizimkilərsiz Azərbaycan derbisi
01.10.2012 - 08:25
Bizimkilərsiz Azərbaycan derbisi
Türkiyə çempionatının I liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, V tur Azərbaycan derbisi ilə əlamətdar olmalı idi. Belə ki, yığmamızın futbolçusu Cihan Özkaranın şərəfini qoruduğu “Ərciyəsspor” öz meydanında Cavid Hüseynovun çıxış etdiyi “Adana Dəmirspor”u qəbul edib. Kayseri təmsilçisi bu matçda rəqibini darmadağın edib – 5:1. Cavidlə Cihan bu qarşılaşmada meydana çıxmayıblar.

Qeyd edək ki, 5 turdan sonra 10 xalı olan “Ərciyəsspor” 2-ci, 2 xalı olan adanalılar isə 17-ci, sonuncudan 2-ci pillədə qərarlaşıb.