Azərbaycan çempionunun rəqibindən darmadağın
01.10.2012 - 08:42
Azərbaycan çempionunun rəqibindən darmadağın
Futzal üzrə UEFA Kubokunda Azərbaycan çempionu “Araz”ın rəqiblərindən olan İspaniya “Barselona”sı növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, kataloniyalılar ölkə çempionatında “Saraqosa”nı qəbul ediblər. Qarşılaşmada meydan sahibləri asan qələbə qazanıblar – 4:0. “Barselona”nın qollarını İqor, Ari, Fernandao və Lozano vurublar.

Qeyd edək ki, 3 oyundan sonra 7 xalı olan “Barselona” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.