Mundialda 100-cü qol
01.10.2012 - 09:09
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında 100-cü qol vurulub. Apasport.az saytının məlumatına görə, bu əlamətdar hadisə qrup mərhələsinin sonuncu günündə keçirilən Almaniya – Uruqvay matçında gerçəkləşib. Oyunun 64-cü dəqiqəsində hesabı 3:1-ə çatdıran Sara Daebritz 100-cü qolun müəllifi olub. Bu, Bundestimin kapitanının qarşılaşmada vurduğu 2-ci qol olub.
0
0