Yaponiyalıların Azərbaycandakı rekordları
01.10.2012 - 09:23
Azərbaycanda keçirilən dünya çempionatının iştirakçısı olan Yaponiya millisi mundiallar tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin 3 oyununda qol buraxmayan asiyalılar buna nail olan ilk komandadır.
Belə ki, indiyədək heç bir yığma qrup mərhələsini qol buraxmadan bitirməmişdi.
Yaponiya yığması sonuncu qolunu 2 il əvvəl keçirilən mundialın final oyununda buraxıb. Həmin vaxt Cənubi Koreya millisinin üzvü Li Sodam 49-cu dəqiqədə fərqlənmişdi.
Bu isə o deməkdir ki, yaponiyalılar 311 dəqiqədir qapısında qol görmürlər. Bu isə KXDR yığmasının 350 dəqiqəlik dünya çempionatları rekordundan cəmi 39 dəqiqə azdır.
“Gündoğar ölkə” təmsilçisinin qrup mərhələsindəki qollarını 10 müxtəlif futbolçu vurub. Bu isə 2008-ci ildə elə Yaponiyanın özünün, 2 il sonra isə Cənubi Koreyanın rekorduna bərabərdir.
Lakin əvvəlki yarışlarda 10 oyunçu turnir ərzində komandasının qollarını vurub. Deməli, qarşıdakı oyunlarda yeni rekord qeydə alına bilər.

0
0