5 il əvvəlki rekord təkrarlandı
01.10.2012 - 10:06
5 il əvvəlki rekord təkrarlandı
Zaqatalanın “Simurq” klubu özünün startdakı məğlubiyyətsiz oyunlar rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının VII turunda “Qarabağ”la qolsuz heç-heçə edən Georgi Çixradzenin yetirmələri mövsümdə keçirdiyi 7-ci oyunda da uduzmadı. Bu 7 qarşılaşmada 4 qələbə və 3 heç-heçəsi olan zaqatalalılar 2007/08-ci il mövsümündəki rekordunu təkrarlayıb.

5 il əvvəl 7 qarşılaşmada 5 qələbə qazanıb 2 heç-heçə edən “Simurq” VIII turda büdrəmişdi. Həmin vaxt zaqatalalıları “İnter” dayandırmışdı – 2:0. İndiki kimi 7 matçda 2 qol buraxan “Simurq” 5 il əvvəl daha məhsuldar idi. Indi 10 qol vuran komanda o vaxt 12 dəfə fərqlənmişdi. Növbəti turda da uduzmayacağı halda “Simurq” öz məğlubiyyətsizlik rekordunu yeniləyəcək.