“Fənərbaxça”nın futbolçusu millimizə qoşuldu
01.10.2012 - 10:52
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edir. Apasport.az saytının məlumatına görə, səfərə 21 futbolçu ilə yollanan millimizin heyətinə yeni qoşulanlar da var.
Təbriz Həsənov daha 2 futbolçuya dəvət göndərməyi lazım bilib. Bunlar "Fənərbaxça"nın şərəfini qoruyan Mirkamil Həşimli və Almaniyaının "Fortuna Düsseldorf 1895” klubunda çıxış edən Mertcan Akardır.
Qeyd edək ki, yığmamız turnirdə artıq 2 qarşılaşmaya çıxıb. Kanada ilə heç-heçə oynayan komandamız, Meksika qalib gəlib 2:0. U-17 növbəti oyunu oktyabrın 2-də Kameruna qarşı keçirəcək.

0
0