“Azərbaycanla oyuna görə futbolçuları qınamaq düzgün deyil”
01.10.2012 - 11:16
“Azərbaycanla qarşılaşmada çox yaxşı oynadıq. Lakin nəticə heç də oyuna görə olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Kanada millisinin baş məşqçisi Şon Fleminq deyib.
O, İspaniyanın Alikante şəhərində keçirilən beynəlxalq turnirin açılış oyununda Azərbaycan yığması ilə 2:2 hesablı heç-heçə etməsinə münasibət bildirib: “Qol imkanlarından yararlana bilməməyin nəticəsi belə olur. Lakin buna görə futbolçuları qınamaq düzgün deyil. Onlar işinə çox məsuliyyətlə yanaşırlar. Sadəcə, uzun səfərdən sonra istirahət etməyə imkanımız olmamışdı. Futbolçularımız uzun və yorucu səfərdən sonra meydanda halsız görünürdülər”.

0
0