“Xəzər”in futbolçuları ürəklə oynamırlar”
01.10.2012 - 11:30
“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran” hazırda turnir cədvəlində sonuncu yerdədir. Sözsüz ki, titullarının çoxunu qazandırdığınız sabiq komandanızın belə çıxışı sizin üçün gözlənilməz olmalıdır...
- Elədir. O mənada məyusam ki, bu klub həmişə iddialı olub və öndə gedib. Açıq deyə bilərəm ki, baş məşqçi Yunis Hüseynova inanıram. O, bu vəziyyətdən çıxacaq.
- Uğursuzluğun səbəbini nədə görürsünüz?
- Düzdür, oyunlarını tam izləməmişəm. Ancaq faktiki 1-2 oyun fraqmentlərinə baxmışam. Oyunun alınmamağının nə ilə bağlı olduğunu deyə bilmərəm. Çünki komandanın daxilində deyiləm. Bunu məşqçilər bilər.
- “Xəzər Lənkəran” ardıcıl 3 məğlubiyyət alırsa, deməli, komandada problem var...
- Problem oyunda ola bilər. Mən fraqmentlərdən gördüm ki, futbolçular oyunda olmurlar, ürəklə oynamırlar. Elə qollar buraxırlar ki.... Qol vəziyyətləri də olur, ancaq istifadə edə bilmirlər. Məsələn, “Neftçi” ilə matçın ikinci hissəsində 2 dəfə təkbətək vəziyyətdən qol vura bilmədilər. “Simurq”la matçda da belə oldu. Ümumiyyətlə, komanda belə “qara zolağ”a düşəndə, sakitlik, futbolçularla bir-bir mükəmməl söhbət lazımdır. Oyunçular özləri deməlidirlər ki, problem nədədir. Elə başa düşürəm ki, “Xəzər Lənkəran”da maliyyə problemi ola bilməz. Çünki həmişə komandada bu baxımdan vəziyyət normal olub, vaxtında pullarını alıblar. Buna görə futbolçular şikayət eləməməlidirlər. Problem yalnız oyunla bağlıdır ki, bunu da məşqçi korpusu bilir. Bir qələbə olmalıdır ki, ardı gəlsin.
- Hesabat turunun “Turan”la qarşılaşmasında “Xəzər Lənkəran”ın 2 futbolçusu - Ruslan Abışovla Elnur Allahverdiyev birbaşa qırmızı vərəqə alıblar. Belə demək olarmı ki, bu, gərginliyin nəticədir və futbolçular oyuna köklənə bilmirlər...
- Ruslanla Elnura niyə qırmızı vərəqə verildiyini görməmişəm. Onu deyə bilərəm ki, Ruslan meydanda özünü normal aparır. Ancaq ola bilər ki, Elnur istəkdən, həyəcandan nəsə edə bilər.
- Elnur meydanda baş hakimə tüpürdüyü üçün qovulub...
- Hə, bu, başqa məsələ. Əlbəttə, komanda azlıqda qalanda ağır olur. Hətta bildiyimə görə, “Xəzər Lənkəran” Tovuzda azlıqda qala-qala hesabda irəlidə idi, fasiləyə öndə yollandı. Ancaq 2-ci hissədə 2 qol buraxıb.
- Hüseynov hələ “Simurq”a məğlubiyyətdən sonra istefa vermişdi. Ancaq rəhbərlik bunu qəbul etmədi. Sizcə, indiki vəziyyətdə baş məşqçi dəyişikliyi vəziyyətdən çıxış yoludur?
- Elə başa düşürəm ki, belə vəziyyətdə baş məşqçinin gedişi olmaz. Yunis müəllimə inanmaq lazımdır. Hər futbolçu ilə ayrıca, bir də ümumi söhbət etmək lazımdır. Onlar özləri bilməlidir ki, problem nədədir və bunu deməlidirlər.
- Baş məşqçinin köməkçiləri – Zakir Mahmudov, Zaur Ramazanov və Alim Qurbanov istefaya göndərilib. Sizcə, bu, sonrakı vəziyyətə necə təsir göstərə bilər?
- Bunu da sizdən eşidirəm və bir şey deyə bilmərəm. Problem var, bu, çox qəliz məsələdir. Adam daxildə olsa, bilər nə var, nə yox. Oyunlara mütəmadi baxılsa, yenə bilinər. Yalnız onu deyə bilərəm ki, inanmaq lazımdır. Çünki inam böyük şeydir.
Mehman SÜLEYMANOV

0
0