“0:1 hesablı məğlubiyyət mənim üçün qələbəyə bərabərdir”
01.10.2012 - 12:23
“Kanada yığması ilə oyunda apardığımız mübarizə möhtəşəm idi. Oyunçularımızın necə istəklə çıxış etdiyinin şahidi oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt deyib.
Almaniyalı mütəxəssis ölkəmizdə keçirilən dünya çempionatının Kanada ilə oyunundakı 0:1 hesablı məğlubiyyətdən razı qalıb. Onun fikrincə, aldığı 2 məğlubiyyətdən sonra komandamızın göstərdiyi bu oyun futbolçuların xarakterə malik olmasını göstərir: “Biz 2 ili ona görə çalışmamışıq ki, sonda 3 məğlubiyyət alaq. Bu üzdən mən razı qala bilmərəm. Mən bu komanda ilə işimə köklənmişəm. Çempionat bizim üçün bir təcrübə oldu. Nə qədər çox çalışsaq da, hələ görməli işlərimiz çoxdur. Yolumuza davam etməliyik. Fəxr edirəm ki, Azərbaycanın 17 yaşadək qızlardan ibarət komandası var”.
Rayt Azərbaycan dilini öyrəndiyini də açıqlayıb: “Azərbaycanca bəzi sözləri öyrənmişəm. “Nuş olsun”, “Nasılsınız”, “Sabahınız xeyir” sözlərini bilirəm və öyrənməyə sürətlə davam edirəm”.
Kolumbiya ilə oyunda 4, Nigeriya ilə matçda 11 qol buraxan qapıçımız Aytac Şərifova isə kanadalılarla son qarşılaşmada 1 qol buraxmasını uğur kimi dəyərləndirib: “Kanada ilə oyunda məqsədimiz heç olmasa, 1 qol vurmaq və uduzmamaq idi. Lakin 0:1 hesablı məğlubiyyət də mənim üçün qələbəyə bərabərdir. Biz ölkəmizi bacardığımız kimi təmsil etdik. Bu qarşılaşmada məşqdən-məşqə öyrəndiyimi, artırdığımı göstərdim. Amma 1 qol buraxmağımızda tək mənim deyil, komanda yoldaşlarımın da əməyi oldu. Onlar fantastik oynayıb, dəfələrlə məni xilas etdilər”.
Kanada yığmasının çalışdırıcısı Brayan Rozenfeld də Aytacı tərifləyib: “Bizim böyük hesabla qalib gələ bilməməyimizin səbəbkarı Azərbaycan yığmasının qapıçısıdır. O, oyunboyu qol vurmaq arzularımızın önündə durdu”.

0
0