“Neftçi” – “İnter” oyunu hollandiyalı hakimlərə tapşırıldı
01.10.2012 - 13:29
“Neftçi”nin Avroliqanın qrup mərhələsində İtaliyanın “İnter” klubu ilə ev oyununa təyinat alan hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 4-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Bernie Raymond (Kevin) Blomun başçılıq etdiyi hollandiyalı hakimlər briqadası idarə edəcək.
Ona Norbertus Josephus C. (Berry) Simons, Davie DFJG Goossens, B.J.A.C. (Bas) Van Dongen yardımçı olacaq. Baş hakimin qapının arxasında əlavə köməkçiləri Danny Desmond Makkelie ilə Tom Van Sichemdur.
Ona Norbertus Josephus C. (Berry) Simons, Davie DFJG Goossens, B.J.A.C. (Bas) Van Dongen yardımçı olacaq. Baş hakimin qapının arxasında əlavə köməkçiləri Danny Desmond Makkelie ilə Tom Van Sichemdur.
0
0