Kamran Ağayev: “Xəzər Lənkəran”da ab-hava problemi var
01.10.2012 - 23:03
Kamran Ağayev: “Xəzər Lənkəran”da ab-hava problemi var
“Xəzər Lənkəran”ın transferə çıxardığı Kamran Ağayev “ağ-yaşıllar”ın Premyer Liqada üzləşdiyi uğursuzluq haqda danışıb. Apasport.az saytının xəbərinə görə, ATV kanalında yayımlanan “Football Time” kanalının qonağı olan millimizin qapıçısı cənub təmsilçisində olan problemə toxunub: “Komanda udar da, uduzar da.

Heç bir komanda məğlubiyyətdən sığortalanmayıb. Amma “Xəzər Lənkəran”ın özündən zəif komandaya uduzmasının başqa səbəbi var.

Bu komandada ab-hava problemi mövcuddur”.