Mişel Platini: Türkiyəyə ultimatum vermirik ki...
02.10.2012 - 16:13
“Biz Türkiyəyə ultimatum vermirik ki, ya Olimpiadanı, ya da futbol üzrə Avropa çempionatını seçsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA prezidenti Mişel Platini deyib.
Qitə futbol qurumunun başçısı Türkiyənin 2020-ci ildə həm Yay Olimpiya Oyunları, həm də Avropa çempionatını keçirmək istəyinə münasibətini bildirib.
Platininin fikrincə, türklərin bir turnirə ev sahibliyi ilə bağlı seçim etməyi daha məqsədəuyğun olardı: “Biz İstanbula ultimatum vermirik, ancaq orada, ümumiyyətlə, bir ölkədə 2 mötəbər turniri keçirmək məqsədəuyğun deyil. Bir ölkədə Avropa çempionatını keçirmək, bundan 10 sonra orada Olimpiadanın açılışını etmək...Bu, məntiqəuyğun deyil”.
İstanbul Olimpiada-2020-yə ev sahibliyi ilə bağlı Madrid və Tokio ilə mübarizə aparacaq.
Qeyd edək ki, Bakı da həmin Olimpiadanı keçirməklə bağlı namizədliyini versə də, sonrakı mərhələyə keçməyib. Bundan sonra Azərbaycan Gürcüstanla birgə AVRO-2020-yə namizəd olub.

0
0