Olimpiya çempionu “Neftçi”nin rəqibinə dəstək verdi - FOTO
03.10.2012 - 10:32
Olimpiya çempionu “Neftçi”nin rəqibinə dəstək verdi - FOTO
Avropa Liqasının qrup mərhələsinin II turunda “”Neftçi”nin qonağı olacaq “İnter”in futbolçuları sonuncu məşqdə xoş sürprizlə üzləşiblər.
Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisinin bazasına qılıncoynadan Arianna Erriqo baş çəkib.

İkiqat Olimpiya çempionu olan Erriqo “neradzura”nın sadiq azarkeşlərindən hesab olunur. O, “Neftçi” ilə oyun və Milan derbisi öncəsi futbolçulara dəstək olmaq üçün onlarla görüşüb.

Komandanın baş məşqçisi Andrea Stramaççoni və kapitan Xaviyer Zanetti ona minnətdarlıq əlaməti olaraq arxasında Arianna yazılmış 10 nömrəli futbolkanı hədiyə ediblər.

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.