“Neftçi” avroliqada ilk məğlubiyyətini evdə aldı
04.10.2012 - 21:50
Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi” də yarışda ikinci matçına çıxacaq.
Azərbaycan futbolu tarixində avrokubokların əsas mərhələsinə çıxan ilk komanda olan bakılılar İtaliyanın “İnter” klubu ilə görüşəcək. Bu, təmsilçimizin qrupda ilk ev oyunu olacaq.
Avropanın ən titullu klublarından olan Milan təmsilçisi Azərbaycana ulduzlarsız gəlsə də iddialıdır. İlk oyunda Rusiya “Rubin”i ilə evdə heç-heçə edən apeninlilər ilk qələbəsini qazanmaq əzmindədir.
Lakin Serbiyada “Partizan”ı ilə bərabərə qalan “Neftçi” də doğma azarkeşlərini sevindirmək istəyindədir. Bunun üçün rəqibin Bakıya zəifləmiş heyətlə gəlməsi də şərait yaradıb. Bakılılar bundan yararlanacağı halda zirvəyə də sahib ola bilər.
Avropa Liqası
Qrup mərhələsi, II tur, 4 oktyabr
“Neftçi” (Azərbaycan) – “İnter” (İtaliya) - 1:3
QOLLAR: Kanales, 53 - Koutinyo, 10; Obi, 30; Livaya, 42
Baş hakim: Bernie Raymond (Kevin) Blom (Hollandiya)
Bakı. T.Bəhramov adına Respublika stadionu
“Neftçi”: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 11. Nikolas Kanales, 21. Kamran Nurəhmədov
“İnter”: 1. Handanoviç, 6. Silvestre, 31. Alvaro Pereyra, 40. Juan, 42. Conatan, 14. Quarin, 16. Mudinqayi, 19. Kambiasso (k), 20. Obi, 7. Koutinyo, 88. Livaya.
Tribunalar ağzınacan dolub. Arenada 30 minədək azarkeş toplaşıb.
Komandalar meydana çıxır.
Avropa Liqasının himni səslənir.
Qarşılaşma başlayır. Topa ilk zərbəni qonaqlar vuracaq.
İtaliya təmsilçisi erkən qol vurmağa çalışır.
Vobay hücum qurmaqda ləngiyir.
"Neftçi" pressinq edir.
Komandamız sağ cinahdan hücum qurur. İtaliyalı müdafiəçilər hücumun qarşısını alır.
"İnter" 10-cu dəqiqədə hesabı açır. Koutinyo fərqlənir.
"Neftçi"nin hücumu alınmır. Mahirin ötürməsi müdafiəçiyə dəyib, meydandan çıxır.
Sadiqovun o qədər güclü olmayan zərbəsini Handanoviç tutur.
"Neftçi"nin pressinqi. Top kornerə çıxır. Oyundan ilk künc zərbəsini komandamız vuracaq.
Vobayın qüvvətli zərbəsi qapıdan xeyli aralı keçdi.
Koutinyo cərimə meydançası daxilində yıxılır. Hakim "davam" işarəsi verir.
"Neftçi" hücum qurmaqda çətinlik çəkir.
Juan Sadiqova qarşı kobud oynayır.
Komandamız yaxşı fürsət yaxalayır. Amma Flavinyo Şükürovun qapı qarşısına ötürdüyü topa çatıb, dəqiq zərbə vurmaqda çətinlik çəkdi.
Görüşdə ilk sarı vərəqə. Hakim Şükürovu kobudluqla dayandıran Obini cəzalandırır.
Şükürov Koutinyonu yıxır. Cərimə zərbəsi.
Koutinyonun zərbəsi təhlükəli alınsa da, qeyri-dəqiqdi.
30-cu dəqiqədə "İnter" daha bir top vurur. Obi fərqi artırır.
Rəşad Sadiqovun zərbəsi qapıdan azacıq aralı keçdi.
Jonatanın zərbəsi müdafiəçimizə dəyib, kornerə çıxır. "İnter" künc zərbəsi vuracaq.
Hesab yenidən dəyişir. İtaliya təmsilçisi daha bir qol vurur. 42-ci dəqiqədə Livaya fərqlənir.
İlk yarı başa çatdı. "İnter" fasiləyə 3:0 hesablı qələbə ilə yollanır.
İkinci hissə başlayır. "Neftçi"nin heyətində Nurəhmədov Mirhüseyn Seyidovla əvəzlənir.
Komandamız fəal başlayıb. Qonaq komanda hələlik müdafiə olunur.
Şükürov bir futbolçunu aldadıb cərimə meydanına daxil olur. Onun zərbəsini qapıçı kornerə çıxarır.
53-cü dəqiqədə "Neftçi" fərqi azaldır. Vobayın qapı qarşısına ötürməsindən sonra Kanales topu boş qapıdan keçirir.
Komandamız hücumlarının kəsərini artırıb. Silvestre Mahirin ötürməsini kornerə çıxardı.
Stamenkoviç komandamızı qoldan xilas edir. Serb qapıçı Livayanın zərbəsini kornerə çıxardı.
Ranokkaya meydana çıxır. O, Obini əvəzləyir.
Seyidovun qapıya zərbəsi istədiyi kimi alınmadı.
Bertuççu hava mübarizəsindən sonra yerə yıxılır.
"İnter" futbolçuları qaydanı pozurlar. Şükürov cərimə zərbəsi vuracaq.
Ramos qaydanı pozur.
Kombiasso önündə sarı vərəqə görür.
Koutinyo yerini Garritanoya verir.
Mirhüseynin növbəti qeyri-dəqiq zərbəsi.
Flavinyo topla irəliləyib yıxılsa da, hakim qaydanın pozulmadığını bildirir.
"İnter" künc zərbəsi vuracaq.
Rəqibin heyətində sonuncu dəyişiklik edilir. Quarin Garqano ilə əvəzlənir.
Bertuççinin gözəl və qüvvətli zərbəsi təhlükəli alındı. Qapıçı yerindədi.
Hakim 4 əsas vaxta dəqiqə əlavə edir.
Bertuççinin qərbəsi dəqiq olmadı.
Vobay qaydanı pozur.
Blomun final fiti. Oyun başa çatır. "Neftçi" qrup mərhələsində evdə kemirdiyi ilk oyundan məğlub ayrılır. Komandamız növbəti matçını Kazanda "Rubin"ə qarşı keçirəcək. Həmin oyun oktyabrın 25-də baş tutacaq.

İnter | 2 | 1 | 1 | 0 | 5-3 | 4 |
Rubin | 2 | 1 | 1 | 0 | 4-2 | 4 |
Neftçi | 2 | 0 | 1 | 1 | 1-3 | 1 |
Partizan | 2 | 0 | 1 | 1 | 0-2 | 1 |
0
0