Koreya və Fransa yarımfinalda
04.10.2012 - 20:58
Koreya və Fransa yarımfinalda
17 yaşlı qızlar arasında ölkəmizdə təşkil olunan dünya çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İlk öncə Şimali Koreya və Kanada yığmaları meydana çıxıblar. Rəqibini 2:1 hesabı ilə məğlub edən Şimali Koreya millisi yarımfinala yüksələn ilk komanda olub.

Saat 20:00-da isə Nigeriya və Fransa yığmaları münasibətlərinə aydınlıq gətirib. Bu görüşün əsas vaxtında tərəflərin səylərinə baxmayaraq, qapılara qol vurulmayıb - 0:0. Penaltilər seriyasında daha dəqiq oynayan Fransa yığması yarımfinala adlayıb - 5:3.

Qeyd edək ki, 1/4 finalın növbəti iki oyunu sabah keçiriləcək.

17 yaşadək qızlar arasında dünya çempionatı
1/4 final
4 oktyabr

KXDR – Kanada - 2:1
QOLLAR: Ri Un Sim, 78, 87 - Nişel Prins, 90+1
Baş hakim: Piri Moraq (Şotlandiya)
Bakı. 8-ci km qəsəbə stadionu
KXDR: 18. Rim Yonq Hva, 4. Çoe Sol Qyonq, 6. Kim Hyanq Mi, 7. Çoe Yun Qyonq, 9. Ri Hyanq Sim, 10. Ri Un Sim, 14. Ri Kum Suk, 15. Çoe Çunq Bok (k), 16. Ri Un Yonq, 17. Kim Un Hva, 19. Ri Kyonq Hyanq
Kanada: 1. Kaylen Şeridan, 2. Lindsey Aqnyu, 4. Sammer Klerk, 5. Rebekka Quinn, 7. Eşli Lourens, 10. Valeri Sanderson, 11. Nişel Prins, 12. Kadeyşa Buçanan, 14.Rebekka Ponqetti, 19. Nikol Lonçar, 20. Larisa Staub


Nigeriya – Fransa - 0:0 (3:5)
Baş hakim: Ri Hyanq Ok (KXDR)
Bakı. 8-ci km qəsəbə stadionu