Rusiya – Azərbaycan matçı günorta keçiriləcək
04.10.2012 - 13:46
Rusiya – Azərbaycan matçı günorta keçiriləcək
19 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcək Azərbaycan milli komandasının oyunlarının başlama saatı və hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 9-cu qrupda mübarizə aparacaq Azərbaycan yığmasının hər 3 oyunu eyni stadionda, lakin fərqli saatda baş tutacaq.

Millimizin İsveç və Rusiya ilə görüşlərində yunanıstanlı Konstantina Mpoumpouri fit çalacaq. Sloveniya ilə son qarşılaşma isə slovakiyalı Zuzanna Kovaçovaya tapşırılıb.

20 oktyabr
14:00. Rusiya – Azərbaycan

Baş hakim: Konstantina Mpoumpouri (Yunanıstan)
Krımsk. “Qiqant” İdman Kompleksi

22 oktyabr
17:00. İsveç – Azərbaycan

Baş hakim: Konstantina Mpoumpouri (Yunanıstan)
Krımsk. “Qiqant” İdman Kompleksi

25 oktyabr
17:00. Azərbaycan - Sloveniya

Baş hakim: Zuzana Kovaçova (Slovakiya)
Krımsk. “Qiqant” İdman Kompleksi