Qurbanova üçün 18 top
04.10.2012 - 13:58
17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarında Azərbaycan hakimi də iştirak edib. Apasport.az saytının məlumatına görə, FİFA referisi Səbayel Qurbanova Belarusda keçirilən 9-cu qrupun oyunlarının iştirakçısıdır.
İlk 2 turda fit çalan hakimimiz son turda oyun idarə etməyəcək. Qurbanovanın idarə etdiyi 2 görüşdə isə 18 qol vurulub. Gürcüstanla oyunlarda Finlandiya 11, İrlandiya isə 7 cavabsız qol vurub. Təmsilçimiz bu 2 oyunda cəmi 1 sarı vərəqə göstərib ki, bu cəza da finlandiyalılara qarşı olub.

0
0