“Bakıdakı qələbə Milan derbisinə aparan yolun başlanğıcı olacaq”
04.10.2012 - 15:47
“Bakıdakı qələbə Milan derbisinə aparan yolun başlanğıcı olacaq”
İtaliyalı mütəxəssis Luici Simone Avroliqanın qrup mərhələsində “Neftçi” ilə bugünkü oyun öncəsi vaxtilə çalışdırdığı “İnter”ə məsləhətlərini verib. Apasport.az saytının məlumatına görə, 73 yaşlı çalışdırıcı milanlıların Bakıda mütləq qələbə qazanmalı olmaları qənaətindədir.

Simonenin fikrincə, “İnter” Avropada yalnız qələbə haqda düşünməlidir: “Başa düşürəm ki, bu, asan deyil. Ancaq Bakıdakı qələbə Milan derbisinə aparan yolun başlanğıcı olacaq. Baş məşqçi Andrea Stramaççoni bütün komandaya izah etməlidir ki, “Neftçi” ilə oyunda yalnız bir nəticə - qələbə məqbul sayıla bilər. Səhvləri düzəltmək üçün elə də çox imkan yoxdur. Buna görə belə vəziyyətdə qələbə qazanmaq lazımdır ki, yola yaxşı başlayasan”.

Qeyd edək ki, Simone 1997-99-cu illərdə çalışdırdığı “İnter”lə UEFA kubokunu qazanıb.