Kambiasso müdafiənin mərkəzində yer alacaq
04.10.2012 - 17:05
“İnter”in Avroliqanın qrup mərhələsində “Neftçi” ilə bugünkü oyunda müdafiə xəttində gözlənilməz dəyişiklik edəcək. Apasport.az saytının məlumatına görə, italiyalı həmkarlarımız argentinalı yarımmüdafiəçi Esteban Kambiassonun müdafiənin mərkəzində yer alacağını bildirir.
Belə ki, baş məşqçi Andrea Stramaççoninin “Milan”la derbi öncəsi Andre Ranokkiyaya istirahət verəcəyi gözlənilir. Belə olan halda, dayaq yarımmüdafiəçisindən mərkəzə çəkilən Kambiasso Juan və Matias Silvestre ilə birgə müdafiədə yer alacaq.

0
0