“Mahmud Qurbanov bu oyunla yaxşı məşqçi bacarığı olduğunu göstərdi”
04.10.2012 - 18:04
“Mahmud Qurbanov bu oyunla yaxşı məşqçi bacarığı olduğunu göstərdi”
“Yeni məşqçi karyerasına başlaması münasibətilə Mahmud Qurbanovu təbrik edib, uğurlar arzulayıram. Bugünkü oyunla yaxşı məşqçi bacarığı olduğunu göstərdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, vaxtilə bir yerdə oyandığı, hazırda isə “Kəpəz”i çalışdıran Mahmud Qurbanovun yaxşı komanda yaradacağına inandığını bildirib: “Komandanı dəstəkləyən azarkeşlərin sayı da çoxalır. Futbolçularım sonadək mübarizə apardılar, nəticə əldə etmək istəyirdik. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hər iki komandanın aktivinə bir xal yazıldı”.

Qeyd edək ki, “Qarabağ”ın Topaz Premyer Liqasında “Kəpəz”lə bugünkü səfər oyunu 0:0 hesabı ilə nəticələnib.