“Qarabağ”a heç bir şans vermədik”
04.10.2012 - 18:07
“Qurban Qurbanova xoş sözlərə görə təşəkkür edirəm. “Qarabağ” Azərbaycanın ən güclü klublarından sayıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib. O, Topaz Premyer Liqasında “Qarabağ”la bu gün qolsuz heç-heçə ilə yekunlaşan oyunda nəticədən razı qalıb: “Rəqib topu çox yaxşı saxlayır. Heyətində milli komandanın futbolçuları var. “Qarabağ”ın oyununu həmişə bəyənmişəm. Bu gün müdafiə taktikası ilə oynadıq. Futbolçularım verdiyim taktikanı tam yerinə yetirdilər, heç bir mövqedə uduzmadılar, rəqibə heç bir şans vermədik. Bizim üçün bu bir xal qızla bərabərdir. Uşaqlar ümidlərimi doğrultdular”.
0
0