Bojidar Bandoviç: Oyuna bir az sinirli başladıq
04.10.2012 - 18:55
Bojidar Bandoviç: Oyuna bir az sinirli başladıq
“Bakı” klubunun baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının VIII turunda “Qəbələ” ilə qarşılaşmadan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, “zolaqlılar”ın çalışdırıcı 1:1 hesablı nəticələnən görüşlə bağlı bunları deyib: “Güclü rəqibə qarşı oynadıq. Qol imkanlarımız var idi, lakin yalnzı birindən faydalana bildik. Oyuna bir az sinirli başladıq, buraxdığımız qol bizim üçün gözlənilməz oldu. “Qəbələ”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.