AFFA rəhbərliyi “Neftçi”yə dəstək verdi
04.10.2012 - 22:09
“Neftçi” klubunun Avropa Liqasının qrup mərhələsinin II turunda “İnter”lə Bakıdakı matçını AFFA rəhbərliyi də izləyib. Apasport.az saytının xəbərinə görə, oyun başa çatandan sonra assosiasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov “aə-qaralar”a baş çəkib. Onlar komandamızın paltardəyişmə otağına yollanaraq, futbolçulara dəstək veriblər.
Xatırladaq ki, “Neftçi” “İnter”ə 1:3 hesabı ilə uduzub.
Xatırladaq ki, “Neftçi” “İnter”ə 1:3 hesabı ilə uduzub.
0
0