Böyükağa Hacıyev: Qarşınızdakı nə Fələstin, nə də Hindistan idi
04.10.2012 - 22:13
“Bu gün açıq futbol alındı. Qapılara 4 qol vurulması hər şeydən xəbər verir. İlk yarıdan sonra 0:3 hesabı ilə geridə olsaq da, yenə hücum futbolu sərgilədik. Etiraf edək ki, səviyyə fərqi özünü göstərdi. Təəssüf ki, uşaqlar gec alındı”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya “İnter”i ilə Avropa Liqası matçından sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Onun fikrincə, birinci hissədə daha çox təzyiq olsaydı, oyun başqa cür də alına bilərdi: “Sizin qarşınızda duran komanda nə Fələstin, nə də Hindistan idi. Bu. “İnter” idi. İkinci hissədə rəqibdən heç nədə geri qalmırdıq. Avropanın ən güclü klublarından birinə qarşı oynayırdıq. Gənc hücumçu Kamil Nurəhmədov həddən artıq böyük iş gördü. İlk yarıda çox çalışdı. Qaldı ki, təkcə ondan yox, bütün komandadan razı qaldım”.
Hacıyev qrupdan növbəti mərhələyə çıxmaq üçün əllərindən gələni edəcəklərinə söz verib: “Siz 1 istəyirsinizsə, biz 5-ini istəyirik”.
Qeyd edək ki, oyun “İnter”in qələbəsi ilə başa çatıb – 3:1.

0
0