Rövnəq Abdullayev: “Neftçi” layiqli mübarizə aparmadı
04.10.2012 - 22:17
Rövnəq Abdullayev: “Neftçi” layiqli mübarizə aparmadı
AFFA prezidenti Rövnəq Abdullayev “Neftçi” klubunun Avropa Liqasında “İnter”lə oyununa münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, assosiasiya başçısı komandamızın 1:3 hesabıyla uduzduğu görüşdə layiqli mübarizə aparmadğını bildirib: “Komandamız layiqli mübarizə aparmadı. Yalnız ikinci hissədə yaxşı oynadı. “Neftçi” uduzduğunu ikinci hissədə başa düşdü. Futbolçulara dedim ki, bir də bu stadionda uduzsanız, sizin oyununuza gəlməyəcəm”.