Massimo Morrati: Hakim bizim təmiz penaltimizi vermədi
04.10.2012 - 22:24
Massimo Morrati: Hakim bizim təmiz penaltimizi vermədi
“Çox maraqlı oyun izlədik. “Neftçi” əzmkar komandadı”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun prezidenti Massimo Morrati deyib.

Avropa Liqasının qrup mərhələsinin qrup mərhələsinin II turunda Bakıda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan İtaliya təmsilçisinin rəhbəri hakimlikdən narazı qalıb: “Hətta oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayevə də dedim ki, “Neftçi” yaxşı oynadı. Konkret hansısa futbolçunuzun adını çəkmək istəmirəm. Kollektiv oyuna üstünlük verdiniz. Hakimliyə gəlincə, Blom ilk hissədə bizim təmiz penaltimizi vermədi”.