Flavinyo: Topu itirəndə rəqibə qarşı oynamaq çətinləşirdi
04.10.2012 - 22:30
Flavinyo: Topu itirəndə  rəqibə qarşı oynamaq çətinləşirdi
"Bu gün nəhəng və təcrübəli komandaya qarşı oynayırdıq. Bilirdik ki, topu itirmək olmaz. Çünki rəqib bizi cəzalandıra bilərdi". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" klubunun yarımmüdafiəçisi Flavinyo İtaliya "İnter"i ilə oyundan sonra (1:3) deyib.

Braziliyalı futbolçu erkən qol buraxdıqdan sonra toparlanmağın çətin olduğunu bildirib: "Top bizdə olarkən normal oyun gedirdi. Topu itirəndə isə rəqibə qarşı oynamaq çətinləşirdi. Erkən qol buraxdıq. Bundan sonra toparlanmaq çətin oldu.

Qarşıda "Rubin"lə oyunumuz var. "İnter"ə qarşı necə mübarizə apardıqsa, "Rubin"ə qarşı da elə oynacağıq. Bizi sonadək dəstəklədikləri üçün bütün azarkeşlərə təşəkkür edirəm".