“Neftçi”də Mahir Şükürov şoku
04.10.2012 - 22:33
“Neftçi”də Mahir Şükürov şoku
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində evdə İtaliyanın "İnter" klubu ilə qarşılaşan "Neftçi" ciddi itki ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, 90 dəqiqə meydanda olan komandamızın müdafiəçisi Mahir Şükürovun zədələndiyi müəyyənləşib. Lakin Şükürovun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

Qeyd edək ki, "Neftçi" - "İnter" matçı 3:1 hesabı ilə Milan təmsilçisinin xeyrinə başa çatıb.