“İnter”in 4-cü qolu vurmaq imkanı daha çox idi”
04.10.2012 - 22:40
“İlk yarıda oyunu diktə etdik. Bu da qələbəmizin əsası oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” ilə Avropa Liqası matçından sonra İtaliya “İnter”inin baş məşqçisi Andrea Stramaççioni deyib.
Onun fikrincə, komandası layiqli rəqibə qarşı oynayıb. Amma Stramaççioni “İnter”i də qələbəyə layiq sayıb. Baş məşqçi ikinci hissədə “Neftçi”dən zəif təsir bağışlamaları fikri ilə razılaşmayıb: “Mən heç nədən qorxmuram. Udmaq da, uduzmaq da olar. Amma açığını deyim ki, “İnter”in 4-cü qolu vurmaq imkanı daha çox idi”.. Gənc mütəxəssis bildirib ki, bu matçda komandasının formasını geyinən oyunçulardan razı qalıb. Stramaççioni onlardan gələcək oyunlarda yararlanmaq fikrində olduğunu bildirib:
“İnter”in baş məşqçisi “Neftçi”nin növbəti turda qarşılaşacağı Rusiya “Rubin”inin daha təcrübəli olduğunu bildirib. Bununla belə, o, daha çox öz komandasını düşündüyünü vurğulayıb.

0
0