Qırıldı...
04.10.2012 - 23:00
Qırıldı...
Son 2 mövsümün Azərbaycan çempionu “Neftçi”nin avrokuboklardakı uğurlu seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Avroliqanın qrup mərhələsində İtaliyanın “İnter” klubu ilə oyununda uduzan “ağ-qaralar”ın ev oyunlarındakı uğurlarına son qoyulub.

Bunadək komandamız Bakıda sonuncu dəfə 1999-cu ilin avqustun 12-də UEFA kubokunun təsnifat mərhələsində uduzmuşdu. 4802 gündən sonra evdə yenilən bakılılar həmin vaxt Serbiyanın “Srvena Zvezda” klubuna 2:3 hesabı ilə məğlub olmuşdular.

Paytaxt təmsilçisi arxada qalan 13 ildə avrokuboklarda öz meydanında 14 qarşılaşmada uduzmamışdı. “Neftçi” “HİT-Qoritsa (Sloveniya, 1:0, 0:0), “Şiroki Briyeq” (Bosniya və Herseqovina, 1:0), MOİK (Rusiya, 0:0), “Hafnarfyordur” (İslandiya, 2:0), “Anderlext” (Belçika, 1:0), “Rid” (Avstriya, 2:1), “Nitra” (Slovakiya, 2:0), “Jerminal” (Belçika, 1:0), “Vaslui” (Rumıniya, 2:1), “Dinamo” (Xorvatiya, 0:0), “Zestafoni” (Gürcüstan, 3:0), “Hapoel” (İsrail, 2:2) və APOEL-lə (Kipr, 0:0) oyunlarda uduzmasa da “İnter”lə görüşdə bu alınmadı.