Rəşad Sadiqov: Həyəcandan oynaya bilmədik
04.10.2012 - 23:03
Rəşad Sadiqov: Həyəcandan oynaya bilmədik
“İlk yarıda çox pis oynadıq. Qətiyyən özümüzə bənzəmirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun futbolçusu Rəşad Sadiqov deyib.

Millimizin də üzvü olan futbolçu “İnter”lə Avropa Liqasının Bakıdakı oyunundan sonra bildirib ki, komandada bir az həyəcan vardı: “Bu səbəbdən ilk 15 dəqiqədə oyunumuz heç alınmadı. İkinci hissədə komandamızın adına layiq mübarizə apardıq. Özümüzə gəlib hesab arasındakı fərqi azaltdıq. Həyəcanlı olduğumuza görə, oyunumuz alınmadı və istədiyimiz nəticəni qazana bilmədik”.