“Xəzər Lənkəran” baxışa gələni bəyənmədi
04.10.2012 - 23:07
“Xəzər Lənkəran” baxışa gələni bəyənmədi
"Xəzər Lənkəran"da baxışda olan türkmən qapıçı Maksad Şahmuradovla bağlı qərar verilib. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Yunis Hüseynov qolkiperə ehtiyac duymayıb.

Cənub klubunun bir müddətdi baxışdan keçirdiyi qolkiper çalışdırıcı tərəfindən bəyənilməyib. Bu səbəbdən o, geri göndərilib.

Qeyd edək ki, Kamran Ağayevin transferə çıxarılmasından sonra cənublular qapıçı axtarışına çıxsa da, istədiyini heç cür tapa bilmir.