Kanalesdən tarixi qol
04.10.2012 - 23:43
Kanalesdən tarixi qol
“Neftçi” klubunun futbolçusu Nikolas Kanales Azərbaycan futbolu tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın legioneri avrokubokların əsas mərhələsində ilk qolumuzu vuran futbolçu oldu.

Bu, Avropa Liqasının qrup mərhələsinin İtaliya “İnter”i ilə görüşündə gerçəkləşdi.

Həmin qol, həm də “Böyük beşlik” ölkəsi klubları ilə oyunlarda da ilk qolumuzdu. İndiyədək Fransa “Monpelye”si və Almaniya “Borussiya”sı ilə görüşən “Qarabağ” 4 görüşdə 1 qol belə vura bilməmişdi. “Böyük beşlik” təmsilçiləri ilə 5-ci duel Kanalesin qolu ilə yadda qaldı.

Bundan başqa, Kanalesin qolu əvvəllər UEFA kuboku, son illər Avropa Liqası adlanan yarışda Azərbaycan klublarının 80-ci qolu oldu.

Bu turnirlərdə 94 oyun keçirən klublarımız 21 qələbə qazanıb, 23 heç-heçə edib və 51 dəfə uduzub. Vurulan 80 qolun qarşılığında 168 top buraxılıb.