Yarımfinalçılar bəllidir!
05.10.2012 - 21:00
Yarımfinalçılar bəllidir!
Bu gün 17 yaşadək qızlar arasında Azərbaycanda təşkil olunan dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Öncə meydana Almaniya və Braziliya yığmaları çıxıb. Bu görüşdə rəqibini 2:1 hesabı ilə məğlub edən Almaniya millisi yarımfinala yüksəlib. Bundestim bu mərhələdə Şimali Koreya ilə qarşılaşacaq.

Saat 20:00-da Yaponiya və Qana milliləri yarımfinala yüksəlmək uğrunda mübarizə aparıb. Qana komandası 1:0 hesabı ilə qalib gəlib. 1/2 finalda onların rəqibi Fransa komandası olacaq.

Yarımfinal görüşləri oktyabrın 9-da, final oyunu oktyabrın 13-də keçiriləcək.

5 oktyabr

Dünya çempionatı, 1/4 final

Yaponiya - Qana - 0:1
Qol: Şerifatu Sumaila, 53
Hakimlər: Kateryna Monzul (Ukrayna), Ourania Foskolou, Panagiota Koutsoumpou (hər ikisi - Yunanıstan), Karolina Radzik-Johan (Polşa), Judit Kulcsar (Macarıstan)
Bakı. 8 KM stadionu.

Almaniya - Braziliya - 2:1
Qollar: Cenifer, 13 (0:1), Daebritz, 31 (1:1), Rebekka Knaak, 90+1 (2:1)
Hakimlər: Alondra Arellano (Meksika), Shirley Perello, Mady Santos (hər ikisi - Honduras), Finau Vulivuli (Fici), Chie Ohata (Yaponiya)
Bakı. 8 KM stadionu.