Bruno Bertuççi: Sübut etdik ki, futbol oynaya bilirik – MÜSAHİBƏ
05.10.2012 - 10:00
“Neftçi”nin braziliyalı futbolçusu Bruno Bertuççi Avroliqanın qrup mərhələsində II turunda evdə “İnter”ə məğlub olduğu (1:3) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda nə düşünürsünüz?
- Birinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. Oyunumuz heç alınmırdı. Amma ikinci hissədə yaxşı mübarizə apardıq. Sübut etdik ki, futbol oynaya bilirik. Belə davam etməliyik. Şansımız hələ var. Çalışacağıq ki, qrupdan çıxaq.
- İlk hissədəki zəif oyunuzu həyəcanlı olmağınızla bağlı idi?
- Düzdü, bəzi şeylər alınmırdı. Çox tez qol buraxdıq. Bu da bizə çox pis təsir elədi.
- Bəlkə ilk hissədən sonra 3:0 hesabı ilə öndə olan rəqib sadəcə, özünü yormaq istəmədi?
- Xeyr, mən elə düşünmürəm. Sadəcə, “Neftçi” ikinci yarıda həqiqətən də yaxşı çıxış etdi.
- 3:0-dan sonra nəyəsə ümid edirdinizmi?
- Təbii ki. İnanırdım ki, lazım olan qolları vuracağıq. İmkanlarımız da oldu. Heyf ki, onlardan yararlana bilmədik.
- İtaliya əsillisiniz və soydaşlarınıza qarşı oynayırdınız. Hansı hisslər keçiridiniz?
- İlk dəfə idi ki, İtaliya komandasına qarşı oynayırdım. Mənim üçün ailəm, köküm çox vacibdir. Əvəzolunmaz hisslər keçirdim.

0
0