Fredi Quarin “Neftçi”ni məğlub etməyin sirrini açdı
05.10.2012 - 10:11
“Biz “Neftçi”nin arxa xəttindəki boşluqlarından yararlandıq. Onları boş buraxa bilməzdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “İnter” klubunun futbolçusu Fredi Quarin deyib.
O, Avropa liqasının qrup mərhələsinin II turunun Bakıda “Neftçi”yə qarşı keçirilən oyunundakı 3:1 hesablı qələbə haqda fikirlərini açıqlayıb: “Çox yaxşı bilirdik ki, bir az konsentrasiyanı əldən verən kimi bakılıların hücumlarına məruz qalacağıq. Ona görə də düzgün düşüncə tərzi ilə yaxşı oyun göstərdik. İndi isə artıq “Milan”la derbini düşünürük”.

0
0