Mahir Şükürov: “İnter” elə-belə komanda deyil...
05.10.2012 - 10:17
Mahir Şükürov: “İnter” elə-belə komanda deyil...
“İnter” elə-belə komanda deyil ki, hər hücumda qol vurasan. Onlar da müdafiəmizdəki boşluqlardan istifadə edib, bizə qol vura bilərdilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin vitse-kapitanı Mahir Şükürov Avroliqanın qrup mərhələsində evdə İtaliyanın “İnter” klubuna 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Çox güclü rəqiblə oynadıqlarını deyən təcrübəli müdafiəçi nəticəyə ilk hissədə oyunlarının alınmamağının böyük təsir etdiyini düşünür: “Ancaq ikinci hissədə yaxşı oynadıq, qol da vurduq. Ancaq sonda uduzduq ki, azarkeşlərimiz bizi başa düşər. Hər halda, biz güclü komandaya məğlub olduq. “İnter”in gücünü nəzərə alaraq, müdafiəmizi zəiflətməmək üçün hücuma çox atılmır, qol buraxmamaq üçün ehtiyatı əldən vermirdik. Azarkeşlərimizə bizi dəstəklədiklərinə görə minnətdarıq. Hələ bir klubumuzun oyununa bu qədər adam gəlməmişdi”.