Marko Livaya: Bu, Stramaççoninin tapşırığı idi
05.10.2012 - 10:19
Marko Livaya: Bu, Stramaççoninin tapşırığı idi
“Həm özüm, həm də komandam üçün vacib qola imza atdım. İndi “Milan”la oyun haqda fikirləşirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “İnter” klubunun futbolçusu Marko Livaya deyib.

O, Avropa Liqasının qrup mərhələsinin “Neftçi” ilə oyunu haqda fikirlərini açıqlayıb. Livaya 3:1 hesablı qələbədə 3-cü qolu vurmaqla pay sahibi olmasının əsas heyəti yolunu açacağına ümid edir: “Ümid edirəm ki, həmin qarşılaşmada oynamaq imkanı qazana bilərəm. Hərçənd komandamızda Milito kimi ulduz da var. “Neftçi”yə qarşı matçda baş məşqçimiz Andrea Stramaççoninin tapşırığına uyğun oynadım. O, tapşırmışdı ki, meydanın dərinliyində yer alım və hər imkanda irəli atılım”.